Mərkəzi Bankın notları yerləşdiriləcək
Bu ilin 17 yanvarında Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
BFB-dan Mival.İnfo-ya verilən məlumata görə, hərraca çıxarılan həcm 250 mln. manat, notun nominal dəyəri 100 manat, notların tədavül müddəti 28 gün, ödəmə tarixi isə 14 fevralda olacaq.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

