Məşhur aktrisa brazilyalı modellə sevgilidir? – Fotolar
“Hercai” serialında oynadığı Reyyan obrazından sonra ulduzu parlayan Ebru Şahinin adı eşq dedi-qodularına qarışıb.
Minval.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ilə brazilyalı model Sidney Mellonun sevgili olduğu iddia edilib. Taylanda üz tutan aktrisa orada modellə bir araya gəlib, onların fotoları sosial şəbəkədə yayılıb. Hətta aktrisanın daha öncə Sidneyin ailəsi ilə görüşdüyü də ortaya çıxıb.
Qeyd edək ki, adı “Hercai” serialındakı rol yoldaşı Akın Akınözə yaraşdırılan aktrisa iş adamı Mehmet Dinçerin eşq etirafına müsbət cavab verməmişdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22






