Məşhur aktrisa: “Gündəmimizdə evlilik yoxdur”

Türkiyənin məşhur aktrisası Burçin Tərzioğlu şəxsi həyatından danışıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa aktyor sevgilisi İlker Kaleli ilə ailə qurmağı düşünmür: “Münasibətimizin 3 ili tamam oldu. Lakin biz belə xoşbəxtik. Evlənməyi düşünmürük. Gündəmimizdə evlilik yoxdur”.
Tərzioğlu sevgilisi ilə eyni layihədə rol almaq istədiyini də dilə gətirib:
“Bir çox təklif var. Amma birlikdə rol alacağımız təklif gəlməyib. Gözəl proje olarsa, sevə-sevə oynayarıq”.
Qeyd edək ki, cütlük “Poyraz Karayel” serialının çəkilişləri zamanı tanış olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

