Məşhur aparıcılar arasında qalmaqal – layihəsini oğurladı

İki məşhur aparıcı Aysel Nazim ilə Vüsalə Səid arasında qarşıdurma yaşanıb.
Minval.info-nun əldə etdiyi özəl məlumata görə, bir vaxtlar yaxın rəfiqə olan, hətta birlikdə layihələr etməyə hazırlaşan ikili arasında dava düşüb.
Belə ki, Aysel ilə Vüsalə Türkiyənin məşhur yarışması “Sinemanın Kral və Kraliçesi: II Sinema Güzeli Yarışması”nı Bakıya gətirmək qərarına gəlib. Birlikdə iş qurduqlarını düşünən Aysel Türkiyədə görüşmələr aparıb və hazırlıqlar görüb.
Bir müddət sonra isə məlum olub ki, Vüsalə Səid bütün işi öz üzərinə götürüb və onu layihədən uzaqlaşdırıb.
Vüsalənin bu addımı həmkarını özündən çıxarıb və yaxın rəfiqələrin dostluğuna son qoyulub.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

