Məşhur Azərbaycan filmlərində xarici aktyorlar

İllərdir sevə-sevə izlədiyimiz bir çox Azərbaycan filmində sevilən, yaddaqalan bəzi obrazları əcnəbi aktyor və aktrisalar canlandırıb.

Biz onları filmdəki qəhrəmana görə, obrazın adı ilə tanısaq da, əslində xarici olduqlarından belə xəbərdar deyilik.

Onlardan bəzilərini daha sonra da uğurlu layihələrdə iştirak edib, bəzilərinin isə sonrakı fəaliyyəti barədə məlumat yoxdur. Kim idi Azərbaycan filmlərinin əcnəbi qəhrəmanları?

Minval.info Azərbaycan filmlərində əsas və ya epizodik rollarda çəkilən xarici aktyor və aktrisalar barədə qısa araşdırmanı təqdim edir:

2011-ci ildə rejissor Rövşən İsaxın İlqar Fəhminin eyni adlı əsəri əsasında çəkdiyi “Aktrisa” filmində əsas obrazlar birini xarici aktrisa canlandırıb. Lalə Fətəliyeva rolunda gördüyümüz cazibədar aktrisa Monika Belluçoyə oxşarlığı ilə fərqlənən Alesa Kaçerdir.

31 yaşlı belarus əsilli Alesa 20-ə qədər film və serialda rol alıb. Moskvanın Stanislavski və Nemiroviç-Dançenko adına Teatrının aktrisası Alesa Kaçeri daha sonra azərbaycanlı aktrisa səsləndirsə də, o film boyu obrazın dilindən deyilənləri Azərbaycan dilində səsləndirməyə çalışıb.

Azərbaycan kinematoqrafiyasının ən sevilən filmlərindən biri “Qaynana”nın düşmənlərə belə arzulanmayacaq gəlini Afəti yəqin ki, heç kəsin yadından çıxmaz.

Ancaq bir çoxları bilmir ki, Afət rolunu canlandıran İnara Quliyeva Rusiyanın əməkdar artisti olub. 1950-ci ildə Moskvada anadan olan İnara Quliyeva Sovet İttifaqına həsr edilmiş bir çox filmdə rol alıb. Azərbaycan izləyicisi aktrisanı həmçinin, “Alma almaya bənzər” filmində müəllim, “Dədə Qorqud”da Selcan rolu ilə xatırlayır.

İlgili resim

Tamaşaçıya çox tanış olmasa da, 1978-ci ildə Əjdər İbrahimovun rejissorluğu ilə SSRİ və Türkiyə Respublikasının birgə istehsalı “Məhəbbətim mənim, kədərim mənim” filmi çəkilib. Həmçinin, “Fərhad və Şirin” adı ilə də tanınan filmdə Şirinin bacısı Məhinbanu obrazını məşhur türkiyəli aktrisa Türkan Şoray canlandırıb.

Türkan Şoray ile ilgili görsel sonucu

2015-ci ildə Vaqif Mustafayev tərəfindən çəkilən “Qanlı Yanvar” filmi də xarici bir aktrisanın ölkəmizə gəlməsinə səbəb olub. 74 yaşlı Nəbahat Çehrə çəkildiyi ekran işinin qala gecəsində də Bakıya gəlmişdi. Çehrə “Haziran gecəsi”, “Aşk-ı Memnu” kimi ölkəmizdə də çox izlənən türk serialında rol alıb.

Azərbaycan kinosunda erməni aktyor - FOTO

Rejissor Rza Təhmasibin 1959-cu ildə çəkdiyi “Onu bağışlamaq olarmı” filmi Azərbaycan kino tarixində özünəməxsus yer tutur. Süjetin əsasını isə qatı cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir. Tərlan rolunun ifaçısı erməni aktyoru Qurgen Tonuntsdur. Filmdə erməni aktyorun canlandırdığı Tərlan obrazını məşhur aktyorumuz Həsənağa Salayev səsləndirib. Yeri gəlmişkən, Həsənağa Salayevin özü də bu filmdə kapitan Qüdrət rolunda oynayır. Bir çox məşhur Sovet filmində oynayan Tonuntsu  1959-cu ildə ”Azərbaycanfilm”də çəkilən “Onu bağışlamaq olarmı?” filminə çağıraraq baş rola çəkiblər. Bu, sovet ideologiyasının diqtəsi idi ki, Azərbaycan filmlərinə digər respublikalardan olan aktyorlardan da kimsə çəkilməlidir.

Megi Kejeradze ile ilgili görsel sonucu

“Uşaqlığın son gecəsi”nin Elyası gürcü qızı Megi Kejeradzedənn cəmi 4 filmdə çəkilib. Megi Kejeradzenin “Uşaqlığın son gecəsi”ndə canlandırdığı Elya obrazını Əminə Yusifqızı səsləndirib.Təəssüf ki, hazırda onun haqqında ətraflı məlumat yoxdur. Bu aktrisa indi hardadır, sağdırsa neçə yaşındadır, həyatdan köçübsə hadisə nə zaman olub – məlum deyil. Filmdə baş qəhrəmanlarından birini – Murad rolunu oynamış aktyor Ənvər Həsənov da bir müddər gürcü aktrisasını axtarıb, amma ondan bir soraq ala bilməyib.

İndiyə qədər saydığımız aktyor və aktrisalar əcnəbi olsalar da, filmdə azərbaycanlı obraza həyat veriblər. Ancaq bəziləri əcnəbi olduqları kimi, ifa etdikləri rollarda da xaricidirlər.

Sergey Yurski ile ilgili görsel sonucu

Məsələn, “Dərviş Parisi partladır” filmində Fransadan gələn təbiətşünas Misyo Jordanı rus aktyoru Sergey Yursk canlandırıb. RSFSR-in xalq artisti Sergey Yurski Azərbaycanda bir neçə başqa filmdə də rol alıb. O, “Günlərin bir günü”, “Şir evdən getdi”, “Bir ailəlik bağ evi”, “Qorxma, mən səninləyəm!”  filmlərində fərqli rollar oynayıb. Sergey Yurski aktyor olmaqla yanaşı, həm də rejissor və ssenaristdir. Bu gün də sənəti tərk etməyən Yurski Mossovet adına Teatrla yanaşı, həm də Çexov adına Moskva Akademik Teatrı və “Müasir pyes məktəbi”ndə çalışır.

Nelya Ataullayeva ile ilgili görsel sonucu

Özbək aktrisa Nelya Ataullayeva “Görüş” filmində Ağahüseyn Cavadovun qəhrəmanının haqqında heyranlıqla “Nə qəşəng qızdır…” dediyi Lalə obrazını oynayıb. Burada Lalə elə Özbəkistandan gələn pambıqçı qızdır.

Dəniz Kərimzadə

Minval.info

Mədəniyyət

Nəşr edilib: 2018/05/12 13:30

Baxış: 715


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06