Məşhur bank diktator üçün 100 milyon dollar yuyub
Nigeriyanın istintaq orqanları dünya bank sektorunun liderlərindən biri hesab olunan HSBC-ni ölkənin keçmiş hərbi lideri Sani Abaçanın 100 milyon dəyərində çirkli pullarını yumaqda ittiham edib.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.
Əldə olunmuş vəsait Cersi adası, Paris və Londonda yuyulub. Bundan əlavə bank daha 50 Nigeriya vətəndaşının korrupsiya yolu ilə əldə etdiyi pulları yumaqda ittiham olunur.
Qeyd edək ki, Sani Abaça Nigeriyanı 1993-1998-ci illərdə idarə edib. Onun ölümündən sonra ölkədə korrupsiya ilə mübarizəyə başlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

