Məşhur diktor koronavirusa yoluxdu – Vəziyyəti ağırdır

Azərbaycan radiosunun ilk diktorlarından olan Züleyxa Hacıyeva koronavirusa yoluxub.
Minval.info xəbər verir ki, bu barədə teleaparıcı Pərvin Əsgərli sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, Z.Hacıyevanın vəziyyəti ağırdır:
“Qızı Gülnarə xanımla danışanda dedi ki, günlərdir yemək belə yemir. Amma yaddaşı üzərindədir. Zəng edib maraqlananları tanıya bilir”.
Hazırda Züleyxa Hacıyevanın 97 yaşı var.
XƏBƏR LENTİ
2025/11/19 14:22

