Məşhur diktor vəfat etdi

Diktor Lyudmila Nəzərli dünyasını dəyişib.
Minval.info xəbər verir ki, bu haqda diktor, Əməkdar artist İradə Ağayeva məlumat yayıb.
Qeyd edək ki, koronavirusa yoluxan Lyudmila Nəzərli noyabrın 2-də xəstəxanaya yerləşdirilmişdi. Vəziyyəti ağır olan diktor reanimasiyaya yerləşdirilmişdi.
Xatırladaq ki, Lyudmila Nəzərli Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib.
O, ötən il “Tərəqqi” medalına layiq görülüb.
Allah rəhmət eləsin.
XƏBƏR LENTİ
2025/11/19 14:22

