Məşhur futbolçu xərçəngdən vəfat etdi

“Mançester Yunayted”in keçmiş futbolçusu Liam Miller vəfat edib.
Minval.İnfo Milli.Az-a istinadən xəbər verir ki, 36 yaşı olan futbolçu xərçəng xəstəliyindən əziyyət çəkirdi.
4 gün sonra 37 yaşı olacaq Liam, həmçinin “Hibernian”, “Lids Yunayted” və “Sanderlend” kimi klubların da şərəfini qoruyub.
3 uşaq atası olan Miller noyabr ayında Amerika Birləşmiş Ştatlarinda müalicə almağa başlamasına baxmayaraq 9 fevral tarixində vəfat edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

