Məşhur futbolçuların qol sevinclərinin mənaları… – FOTOLAR
Futbolçu qol vuran zaman onunla yanaşı, pərtişkarı da bu sevinci paylaşır. Lakin diqqət çəkən məqamlardan biri də futbolçuların qol sevinci yaşayarkən etdiyi hərəkətlərdir.
Minval.info bunlardan bəzilərinin mənalarını təqdim edir:
Leonel Messi

Messi qol vurduğu zaman göyə doğru iki barmağını qaldırır. O, göyləri deyil, uşaq ikən boyunun kiçikliyinə rəğmən futbolçu ola biləcəyinə inanıb ilk məşqçisi ilə Messini yığmaya alınması üçün dava edən nənəsinə işarə edir. Messinin futbolçu olmasına imkan yaradan məhz onun nənəsi olub.
Məsut Özil

Zaman-zaman qol atdıqdan sonra parmağını ağzına salaraq digər əli ilə “M” işarəsi edən Özil bu hərəkətlə balaca bacısı qızı Miraya salam göndərir.
Anton Qrizman

Fransız oyunçu sıraladığı qollardan sonra imzası halına gələn sevinci ilə və baxımlı qolları ilə ağıllarda qalmağı bacarıb. Bəs, etdiyi rəqsin mənası nədir? Qrizman əslində məşhur reper Dreykin “Hotline Bling” adlı mahnısının klibindəki rəqsi təqlid edir.
Qaret Beyl

Qaret Beylin “Eleven of Hearts” adıyla formasına patentlədiyi qəlb işarəsi sevincinin əslində ilk sahibi Aleksadr Pato olub. Braziliyalı sevgilisi Stefaniyə mesaj göndərmək istəyirdi. “Pulda itirən sevgidə qazanar” demək istəyərdik, amma Patoyla Stefani 2010-cu ildə boşandılar.
Luis Suarez

Son zamanlarda sərrast zərbələri ilə hədəfi dəqiq nişan almağı bacardığına görə Suarezə “El Pistolero” ləqəbi qoyulub və qol sevinclərində də sanki bol-bol atəş edir. Amma uruqvaylı ulduzun əsl məqsədi başqadır. Futbolçu vurduğu qolların çoxundan sonra əl biləyini öpərək həyat yoldaşına, sonra da digər 3 barmağına bir öpüş qonduraraq 3 uşağına salam göndərir.
Mario Balotelli

Balotelli qol vurduqdan sonra üzünü tərpətmədən dayanaraq mesaj verir. “Mançester Yunaytet”də topu qapıdan keçirdikdən sonra “Niyə həmişə mən?” yazılı köynəklə obyektivlərə dönərək mediaya reaksiyasını göstərib.
Paul Poqba

“Mançester Yunayted”ə transfer olunması ilə səs-küy yaradan Poqbayla gənc istedad Cessi Linqardın qollarından sonra etdikləri “Dab” adlı kiçik rəqs/salamlaşma hərəkətini əslində məşhur edən amerikalı ulduz futbolçu Kem Nyutdur. Linqardla Poqba bununla bağlı fərqli hekayə danışmayacağı müddətdə hərəkətlərinin başqa bir səbəbi ortaya çıxmayacaq.
Məleykə Ağasoy
Minval.info


