Məşhur idmançımız 29 yaşında karyerasını bitirdi

Azərbaycanlı karateçi Ayxan Mamayev karyerasını bitirib.
“Minval.info”-ın xəbərinə görə, o, 29 yaşında buna qərar verib. Əldə etdiyimiz digər məlumata görə, o, serjant olduğu Çevik Polis Alayından da ayrılıb.
Qeyd edək ki, Ayxan Mamayev daha çox 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olduqdan sonra məşhurluq qazanıb. O, İslam Həmrəyliyi Oyunlarının üçqat qalibidir (2013-cü ildə İndoneziyanın Palembanq şəhərində həm fərdi, həm də komanda şəklində, 2017-ci ildə Bakıda fərdi şəkildə qızıl medal qazanıb – S.M.).
Altıqat Avropa mükafatçısı olan və 84 kq çəki dərəcəsində çıxış edən Ayxan 2014-cü ildə Finlandiyanın Tampere şəhərində keçirilmiş qitə birinciliyində çempion olan komandamızın tərkibində yer alıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

