Məşhur müğənni: “Oxuduğum zaman biri gəlib arxadan bıçaqladı” – AZƏRBAYCANDA
Müğənninin çıxış etdiyi toyda qanlı hadisə baş verib.
Minval.info xəbər verir ki, telekanal verilişlərindən birinə qatılan müğənni Qədir Qızılsəs başına gələn hadisələr barədə söhbət açıb.
O bildirib ki, bir dəfə toy məclisində ifa etdiyim zaman məclis sahibi ilə düşmənçiliyi olan aranı qarışdırıb:
“Açıq havada toy məclisi təşkil olunmuşdu. Bir də gördük ki, millət pərəm-pərəm düşdü. Hamı ora-bura qaçır. Sən demə, o düşməçiliyi olan adam traktoru işə salıb camaatın üstünə sürüb”.
Ardınca sənətçi gözünün qarşısında toyda qanlı hadisənin baş verdiyini söyləyib. Q.Qızılsəsin sözlərinə görə bu dəfə dava sifariş üstündə olub:
“Bir nəfər məndən muğam oxumağımı xahiş etdi. Mən ifa etdiyim zaman qonaqlardan digəri arxadan gəlib buna çatan kimi bıçağı çıxarıb vurmağa başladı. İki-üç dəfə bıçaq zərbəsi endirdi”.
Minval.info

