Məşhur rusiyalı döyüşçü qəza törətdi, qaçmağa çalışdı – Video
Minval.info // Rusiyan “Matç TV” telekanalının “Twitter” səhifəsində rusiyalı MMA döyüşçüsü Aleksandr Yemelyanenkonun polis tərəfindən saxlanıldığını əks etdirən görüntü yayılıb.
Oxu.az yazır ki, bu haqda “RİA Novosti” xəbər verir.
Bundan əvvəl KİV-də sərxoş vəziyyətdə olan A.Yemelyanenkonun törədilən yol qəzasından sonra Kislovodskun polis əməkdaşları tərəfindən saxlanıldığına dair xəbər yayılmışdı.
O saxlanılan zaman DYP əməkdaşlarına müqavimət göstərib və hadisə yerindən qaçmağa çalışıb. Onu sonradan post-patrul xidməti əməkdaşlarının köməkliyi ilə saxlamağa nail olublar.
Minval.info
Видео задержания Александра Емельяненко. По предварительным данным, он попал в ДТП в нетрезвом виде https://t.co/QLKYaZJzvx
📹 инстаграм Азамата Бостанова pic.twitter.com/rNTMRdi1yh
— Матч ТВ (@MatchTV) March 1, 2019

