Məşhur türk aktyorunu Azərbaycana bağlayan səbəb – “Milyon versələr də…” – FOTOLAR

Azərbaycan mahnılarını sevən, Hollivud ulduzuna dönər alan, azadlığı səmalarda axtaran Zəfər Algöz

Türkiyəli komediya ustası Cem Yılmazın filmlərini sevənlər onun tərəf müqabili Zəfər Algözü də çox yaxşı tanıyırlar.

Cem Yılmazın 2015-ci ildə çəkdiyi “Əli baba və yeddi cücələr” filmində oynadığı azərbaycanlı sovet əsgəri Kənan Məmmədov rolundan sonra isə Zəfər Algöz ölkəmizdəki izləyicilərin daha çox diqqətini çəkməyi başlayıb.

Üstəlik filmdə obrazın dilindən ifa edilən İradə İbrahimovanın “Neyləyək” mahnısı Algöz barədə bir sirrin də üstünü açıb. Aktyorun Azərbaycan musiqisinə xüsusi marağı varmış. Bir çox Azərbaycan mahnısını, eləcə də Cem Yılmazın şəxsi tvitter hesabından paylaşdığı Raufun -40 dərəcə ifasını Zəfər Algöz aşkara çıxarıb, digər aktyor dostları ilə bölüşüb.

Bəs Azərbaycana belə maraq göstərən Zəfər Algöz kimdir? Minval.info azərbaycanlı obrazını canlandırmış, pilot olmaq istəyən, ancaq ailəsinin təkidi ilə səhnəyə gələn Zəfər Algöz barədə kiçik araşdırmanı təqdim edir:

Zəfər Algöz 31 avqust 1961-ci ildə Kars şəhərində anadan olub. Karsın Azərbaycana yaxınlığı, dialektlərinin dilimizə oxşarlığı yəqin ki, Algözə Azərbaycan mahnılarını rahatlıqla anlamağa kömək edir.

Uşaqlığından bəri Zəfər Algöz təyyarə pilotu olmağı arzulayıb, uçmaq onun ən böyük həvəslərindən biri olub. Onun üçün azadlıq səmalardadır. Bunun üçün Hava hərbi məktəbinə də imtahan verib, ilk imtahanı keçib. Ancaq ikinci imtahana girməzdən əvvəl ailəsi onu dilə tutub. Anasının “təyyarələr tez-tez qəzaya uğrayır, gəl sən teatr aktyoru ol” sözündən sonra, o da ailəsinin istəyini yerinə yetirib.

ZAFER ALGÖZ AZERBAYCAN ile ilgili görsel sonucu

1980-ci ildən aktyorluq sənəti ilə çox maraqlanan Algöz Ankara Dövlət Konservatoriyasını teatr işi fakültəsinə qəbul olub. 1985-ci ildə universitetdən məzun olduğundan bəri həm teatr, həm də film sahəsində bir çox uğurlu işlərə imza atıb. Televiziya sahəsindəki ilk addımı isə gülüş ustası və aparıcı Okan Bayülgenin “Zaga” verlişindəki “Ailemizin görüşü”  adlı kiçik bir rublikada rol alması ilə başlanıb.

“17 milyon da olsa, o filmdə oynamaram”

ZAFER ALGÖZ ile ilgili görsel sonucu

Ən çox Cem Yılmazın filmlərində görünən aktyor digər bir komediya ustası Şahan Gökbaharın “Recep İvedik” filmi haqqında qalmaqallı açıqlama vermişdi. Jurnalistin “Şahan Gökbahar filmində oynasanız Cem Yılmazın xətrinə dəyərmi?” sualına, “Məsələ Cem Yılmaz deyil, Recep İvedik istəsin 17 milyon qazanc gətirsin, yenə də o filmdə oynamaram”- deyə cavab verib.

“Həyatımı “Beşiktaş” matçlarına görə planlayıram”

Sadəcə futbol deyil, bir çox idman oyunlarını maraqla izləyən aktyor “Beşiktaş” azarkeşidir: “İşlərimi “Beşiktaş”ın matçlarına əsasən planlaşdırıram. Bir dostum məni axşam yeməyinə dəvət edəndə, əgər “Beşiktaş”ın oyunu varsa, mən o qonaqlığa getmərəm”.

Zəfər Algöz Tom Henksi dönərə qonaq edib.

2000-ci illərin əvvəllərində Tom Henks Türkiyənin Bodrum şəhərini ziyarətə gəlmişdi. Dəniz sahilində açıq havadakı bir kafedə əyləşən Zəfər Algöz və dostları bir anlıq Hollivud ulduzunu qarşılarında görəndə gözlərinə inanmayıblar. Algöz boynundan asılmış fotoaparatla aktyorun şəklini də çəkə bilib. Hadisədən sonra jurnalistlər Zəfər Algözdən bu şəkli ala bilmək üçün bir-birləri ilə yarışıblar. Əsas maraqlı məqam isə bu şəkil yox, Tom Henksin onlarla birlikdə əyləşməsidir. Henks həmçinin, onlara dönər yemək istədiyini də bildirib, cibində 1 qəpik olmayan Zəfər Algöz isə heç düşünmədən onu dönərə qonaq edib. 

Zəfər Algöz “O şimdi mahkum”, “Kaçma birader”, “Sınav” kimi məşhur filmlərdə, “Behzat Ç”, “Kurtlar Vadisi Pusu”, “Leyla ile Mecnun” kimi sevilən seriallarda yer alıb. Həmçinin “Haşırt dı bilekbord” və “Keş on dı teybl” adlı kitablarının müəllifidir.

Dəniz Kərimzadə

Minval.info

Maraqlı

Nəşr edilib: 2018/05/02 17:24

Baxış: 3248


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06