Məşhurlar “Qapı”da görüşdülər
“Qapı” Azərbaycan filminin qala gecəsi keçirilib.
Minval.info xəbər verir ki, “Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında kriminal və traqikomediya janrında olan “Qapı” Azərbaycan filminin qala gecəsi keçirilib.
Quruluşçu rejissor və baş prodüser Vüsal Əhmədzadənin etdiyi ekran işində Rafael İsgəndərov, Nurlan Rüstəmov, Taleh Yüzbəyov, Sənubər İsgəndərli, Kəmalə Piriyeva, Kamran Ağabalayev, Zemfira Əbdülsəmədova, Emil Musayev, İlkin Xəlil və başqaları rol alıb.
Film haqqında qısa məlumat: İmkanlı iş adamının evində xadimə işləyən Vəfa özünə yeni həyat qurmaq üçün həmin evdən oğurluq etmək qərarına gəlir. Bu işdə bir ildən çox aliment ödəmədiyinə görə oğlunu görə bilməyən, artıq bu həyatdan bezən qardaşı Vidadiyə müraciət edərək kömək istəyir. Qardaşını razı salandan sonra bir neçə dəfə oğurluq üstündə həbsdə olan ögey xalası oğlu Cavada bu işdə əlbir olmaq təklif edirlər. Cavad və Vidadi oğurluq vaxtı qapını xarab edirlər və evdə qalırlar. Bundan sonra isə hadisələr daha da həyəcanla inkişaf edir.