Məşhurların qalmaqallı boşanmaları – Xəyanət, şiddət, qaynana… – FOTOLAR

Azərbaycan şou-biznesində dəfələrlə boşanma halları ilə rastlaşmışıq. Bu boşanmalar o qədər çox olur ki, artıq buna hər kəs alışıb.

Belə boşanmaların bəziləri sakit, bəziləri isə aylarla davam edən qalmaqala səbəb olub. Buna baxmayaraq hələ də mediadan gizlədilən boşanmalar da az deyil. Minval.İnfo şou-biznesin ən səs-küylü boşanmalarını təqdim edir:

Qalmaqallı boşanma deyəndə ağla ilk olaraq müğənni Kərim Abbasovla prodüser Təranə Səmədova gəlir. Evlənməkləri hər kəsi təəccübləndiyi qədər boşanmaları da səs-küy yaratmışdı. Boşandıqdan sonra da onlar arasında qalmaqal uzun müddət davam edib. Hətta tərəflər bir-birini məhkəməyə də vermişdi. Onların boşanmasına səbəb isə, Kərimin Təranəyə xəyanət etməsi olub. Bu xəyanətlə bağlı danışan Təranə, həmin hadisənin detallarını mediaya tam açıqlamayıb (Bu haqda növbəti yazımıda – red). Hazırda Kərimlə Təranə hələ də küsülüdür.

Kərim Abbasovla prodüser Təranə Səmədova ile ilgili görsel sonucu

Şou-biznesin səs-küylü boşanmalarından biri də əməkdar artist Lalə Məmmədovada olub. Şəxsi həyatı ilə bağlı çox danışmağı sevməyən müğənni iki övladının atası İlham Qafarovla 2013-cü ildə ayrılıb. Cütlüyün boşanması uzun müddət gündəmdən düşməyib. Lalə Məmmədova da xəyanətə görə ayrıldığını açıqlayıb.

Aparıcı Ülvira Qarayeva meyxanaçı əri Tərlan Dağlı ilə qalmaqallı şəkildə ayrılmışdı. Tərlan boşanmaq istəməsə də, Ülvira ayrılma fikrindən dönməyib.

Əməkdar artist Tünzalə Ağayevanın da həyat yoldaşı Rəhmanla ayrılması səs-küy yaratmışdı. Rəhman eyni zamanda müğənninin prodüseri idi.

Müğənnilər Təranə Qumral və Musa Musayevin bir vaxtlar ayrılma xəbəri yayılmışdı. Musa həyat yoldaşının ona xəyanət etdiyini demiş, cütlük arasında qalmaqal yaşanmışdı. Sonra barışsalar da, T.Qumral rəsmən boşandıqlarını deyib. Təranə buna səbəb kimi Musanın çoxlu borcunun olduğunu göstərmişdi. Dediyinə görə o, var-dövləti öz adına keçirib, borcluların onu Musanın əlindən almasının qarşısını belə alıb.

Müğənni İlahə İbadovanın özü kimi sənətçi olan əri Mirsaleh Əliyevlə boşanması uzun müddət gündəmdən düşməyib. İlahə ərinin onu döydüyünü deyərək polisə belə şikayət etmişdi. Mirsaleh isə arvadının onu idmançılara döydürmək istədiyi açıqlamasını vermişdi.

İlgili resim

“Eirovision” iştirakçıalrından olan Dilarə Kazımovanın da türkiyəli əri Mrtdən ayrılması səs-küysüz ötüşməyib. Yayılan xəbərlərə görə, Mərt bir gün arvadından xəbərsiz paltarlarını yığıb evdən gedib. Sənətçi uzun müddət həyat yoldaşının harada olduğunu bilməyib.

Dilarə Kazımovanın da türkiyəli əri Mrt ile ilgili görsel sonucu

Müğənni Rəvan Qarayev 2 dəfə boşanıb. O, sonuncu həyat yoldaşı Günay, ərini gecə evə gəlməməkdə günahlandırıb və ayrılmalarının səbəbkarı kimi qayınanasını, qayınatasını göstərib. Rəvanın atası Elşad Qarayev isə gəlininin pul dəlisi olduğunu, ona görə ərindən ayrıldığını söyləyib.

Müğənni Zamiq Hüseynov da qalmaqallı şəkildə ayrılmışdı. Sənətçinin həyat yoldaşı Nigar əri ilə bağlı gözlənilməz açıqlama vermişdi. Məlumata görə, Zamiq ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır.

Son olaraq isə Xatirə İslamın boşanması ilə bağlı iddialar ortaya çıxıb. Müğənni isə bunu təkzib edib.

Minval.İnfo

Maqazin

Nəşr edilib: 2018/01/30 14:03

Baxış: 1339


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06