“Məşhurluğum mənə mane olur” – “Bacanaqlar”ın Qisməti

“Bacanaqlar” serislının Qisməti – aktyor Elnur Hüseynov Milli.Az-a müsahibə verib.

Minval.info həmin müsahibəni təqdim edir:

– Elnur bəy, həm ssenari yazarısınız, həm də aktyor. Başqa hansı vəzifələriniz var?

– Bəli, mən həm ssenaristəm, həm aktyor, işimdən başqa da ailə başçısıyam.

– Sizə doğma olan hansıdır?

– Təbii ki, ata. Allah hamının balasını saxlasın, iki övladım var, özümü ata kimi daha məsuliyyətli hiss edirəm.

– Ata kimi daha çox nəyə diqqət edirsiniz?

– Düzdür, mənim övladlarım o qədər də böyük deyil, birinin 4, digərinin 5 yaşı var. Çalışıram ki, onlar azad böyüsünlər. Əsas onların tərbiyəsidir. Böyüklərə qarşı diqqətli olsunlar və vətənə layiqli övlad olsunlar.

– Yazdıqlarınızı və oynadıqlarınızı təlim-tərbiyə baxımından nəzərə alırsınız?

– Bəli, biz ssenari yazanda fikirləşirik ki, buna bizim ailəmiz, azyaşlı övladlarımız baxacaq. Elə yazmışıq ki, bu, onlara mənfilik gətirməsin.

– “Bacanaqlar” serialında tez-tez mövzu və aktyor dəyişir. Bu axtarışın səbəbi nədir?

– Tamaşaçılar həmişə yeni nələrsə istəyir. Biz məcburuq ki, hər mövsüm mövzunu dəyişək, hər mövsüm də,  demək olar ki, mövzunu dəyişirik. Serial hər həftə gedir, tamaşaçı yenilik istəyir. Biz də o yeniliyi edirik. 10-cu mövsümdür ki, “Bacanaqlar” serialı efirdədir və elə bir mövsüm olmayıb ki, mövzunu dəyişməyək.

 – Səhvlərinizi görüb, irad tutanlar olur?

– Bəli, irad tutanlar olub. İnsanda gərək səhvi demək qabiliyyəti də olsun. Bəziləri kinayə ilə deyir.

– Müasir komediyamıza “vayn” anlayışı gəlib. “Vayner”lərə münasibətiniz necədir?

– Vayn gözəl bir istiqamətdir. Ordan da görürəm ki, yaxşı aktyor, ssenaristlər yetişir.

– 12-13 il öncə “Ağsaqqal” obrazı ilə sevildiniz. Niyə onu “Qismət”ə dəyişdiniz?

– Eyni ampulada çıxış etmək istəmədim. Ömür boyu “Ağsaqqal” kimi qalmaq yorucu idi. Belə olsaydı, həm özümü, həm də tamaşaçını bezdirəcəkdim.

– Elməddini bir aktyor kimi bəyənirsiniz, yoxsa Fərdanı?

– Hər birinin öz tamaşaçısı var. Demək olmaz ki, bu zəifdir, o güclüdür. Onlar heç vaxt rəqabətdə olmayıblar, öz aralarında bir-birinə simpatiyaları, gözəl münasibətləri var.

– Məşhurluğunuz sizə mane olur?

– Bəli, bəzi hallarda mane olur. Mən demirəm ki, Tarkan kimi küçəyə çıxanda hamı üstümə axışır. Amma istəyirsən ki, rahat olasan. İstirahət edəndə heç kimin gözü sənin üstündə olmasın.

– İstədiyiniz yerdəsiniz?

– Xeyr, Elnur istədiyi yerdə deyil. Elnur istədiyi yerdə olsa, tükənər. Mən daim işdə-gücdə olmalıyam ki, inkişaf edim.

Müsahibə

Nəşr edilib: 2018/05/23 18:48

Baxış: 406


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06