Məsut Özildən Azərbaycana təşəkkür – FOTO
“Arsenal”ın futbolçusu Məsut Özil Azərbaycana təşəkkür edib.
Almaniya doğumlu türk futbolçu oyundan sonra onunla foto çəkdirən iki azərbaycanlı azarkeşlə şəklini paylaşaraq, isti qarşılanmaya görə təşəkkürünü bildirib.
Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyununa ikinci hissədə daxil olmuş Məsut Özil azərbaycanlı azarkeşlərin alqışlarına səbəb olub. O, oyundan sonra formasını da azarkeşlərin yer aldığı tribunaya tərəf atıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


