Mətanət aylar sonra ərə getdiyini açıqladı
Müğənni Mətanət Əsədova ailə həyatı qurub. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi “Ay Zaur” proqramında məlumat verib.
İfaçı aylar əvvəl evləndiyini söyləyib: “Şəxsi həyatım mənə aiddir. Artıq təkliyə son qoymuşam. Subay deyiləm. Beş-altı aydır ki, evliyəm.
Məni kim almaz ki? Çox hörmətli bir insanla ailə qurmuşam. Toyun səsi sonra çıxacaq. Məclis burada olmayacaq. Mən yalan danışmıram”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

