Mahir Emreli İngiltərənin məşhur klubuna qarşı – FOTO

Millimizin futbolçusu Mahir Emreli bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə Premyer Liqa klublarından “Lester”ə qarşı oynaya bilər.
“Minval.info” Oxu.Az-a istinadən verdiyi xəbərə görə, onun çıxış etdiyi son Polşa çempionu “Leqiya” Varşavada Ceymi Vardili “Lester”i qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Qeyd edək ki, “Leqiya” hazırda “Lester”, “Napoli” və Moskva “Spartak”ının yer aldığı qrupda üç xalla liderdir. Varşava təmsilçisi Mahir Emrelinin də oynadığı ilk matçda sürpriz edərək “Spartak”a 0:1 hesabı ilə qalib gəlib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

