Mahir Emreli “Legiya”da ayın ən zəif futbolçusu seçildi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunda oktyabrın ən zəif oyunçusu seçilib.
Minval.info Milli.az-a istinadən bildirir ki, 24 yaşlı hücumçu “Legionisci” nəşrinin versiyasına əsasən, komanda yoldaşı Lirim Kastrati ilə birlikdə – 5 xala layiq görülüb.
Azərbaycanlı forvardın bu ay fərqlənə bilməməsi böyük məyusluq yaradıb. Varşava təmsilçisinin gənc qapıçısı Çezari Mişta 3 xalla ayın oyunçusu olub.
Qeyd edək ki, “Legiya” oktyabrda keçirdiyi 6 oyunun 5-də uduzub. Son ölkə çempionu yalnız kubokun 1/16 finalında “Svit Skolvin”i minimal hesabla yenib – 1:0 .
XƏBƏR LENTİ
2025/11/19 14:22

