Mahir Şükürov Araz Abdullayevin erməniyə reaksiyasız qalmasından danışdı: “Həmin dığanın…” – Foto

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda Londonda “Arsenal”a 0:1 uduzduğu görüşün son dəqiqələrində xoşagəlməz hadisə ilə üzləşib.

Minval.info xəbər verir ki, qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə meydançaya çıxıb və “Qarabağ”ın futbolçuları tərəfə qaçıb.

Onun məhz bu dəqiqədə meydana çıxması isə əbəs deyil. Belə ki, həmin azarkeş üzərində 1993-cü ildə öldürülmüş erməni terrorçusu Monte Melkonyanın şəkli olan forma ilə meydana çıxıb.

Ağdam klubunun kapitanı Rəşad Sadıqov dərhal həmin şəxsə etirazını bildirib. Mühafizəçilər isə onu meydandan çıxarıb. UEFA-nın qaydalarına əsasən, azarkeş meydana daxil olursa, həmin an efirə verilmir. Bu üzdən həmin dəqiqələr efirdə göstərilməyib. Matçdan sonra Rəşad Sadıqov və Qara Qarayev tribunaya yaxınlaşaraq, Azərbaycan bayraqları götürüb, paltardəyişmə otağına kimi çiyinlərində bayraqla gediblər.

Təxribatçı azarkeşin futbolçumuz Araz Abudllayevin yanından keçməsi və onun bu hadisəyə heç bir reaksiya göstərməməsi diqqətlərdən qaçmayıb. Millimizin sabiq futbolçusu Mahir Şükürov bu məsələyə münasibət bildirib: “Mən Araz Abdullayevin yerində olsaydım, həmin dığanın ardınca qaçıb bayrağı əlindən alardım, butsılarımla onu cırardım. İstəyirlər mənə 5, ya da 10 oyunluq cəza versinlər, istəyirlər pul cəriməsi eləsinlər, amma bunu edərdim. Vurmağı isə bilmirəm, həminki situasiyaya görə qərar verərdim”.

Gündəm

Nəşr edilib: 2018/12/14 15:00

Baxış: 2843


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06