Makron Fransada 24 aprel tarixini qondarma “erməni soyqırımı” ilə bağlı anım günü elan etmək istəyir
Fransa prezidenti Emmanuel Makron 24 apreli “Erməni soyqırımının anım günü” olaraq qəbul edib.
Minval.info Euronews-a istinadən xəbər verir ki, Fransada yerləşən erməni komitəsində təşkil olunan yeməyə dəvət olunan Makron, etdiyi çıxış zamanı bu barədə danışıb.
Makron seçkilər zamanı öz seçicilərinə verdiyi vəədi yerinə yetirərək təqvimdə bu günün xüsusi olaraq qeyd olunmağımı rəsmiləşdirib. Makron öz çıxışında bildirib ki, “Fransa tarixə obyektiv baxan bir dövlətdir. 1915-ci ildə baş verən hadisələrə ilk reaksiya bildirən və 2001-ci ildə bunu rəsmi surətdə soyqırım kimi tanıyan ilk ölkə biz olmuşuq. Bundan sonra da, 24 apreli bu soyqırımı anma günü olaraq qeyd edəcəyik” bildirib.
Makrondan əlavə yeməkdə Fransada Erməni Təşkilatlanma Komitəsinin sədrləri Mourad Panazaniyan və Ara Torinyan da iştirak edib.

