Makron Qərbi Rusiya ilə bütün kompromislərdən imtina etməyə çağırıb
“Qərb Rusiya ilə güzəştə getməməli və onun qarşısında zəiflik nümayiş etdirməyə son qoymalıdır”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Vladimir Zelenskinin təşkil etdiyi “Krım Platforması”nın onlayn sammiti zamanı deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlamaqla artıq öz seçimini edib.
“Biz heç bir zəiflik, heç bir kompromis ruhu nümayiş etdirməməliyik, çünki söhbət hamı və hər kəs üçün azadlıqdan, dünyanın hər yerində sülhdən gedir”, – deyə Makron bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

