Maksim Medvedev: “Biz aqressiv oyuna və hər şeyə hazırıq”

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Konfrans Liqasında baş tutacaq Qazaxıstan təmsilçisi “Kayrat”la matçdan öncə “sports.kz” saytına müsahibə verib.
Minval.info həmin müsahibəni təqdim edir:
– Maksim, “Kayrat”la ilk oyun haqda necə düşünürsünüz?
– Maraqlı oyun oldu, məncə. Komandalar səviyyə baxımından eynidir, belə görüşlərdə ən az səhv edən xal qazanır. Həmin gün bizim günümüz idi və vacib xalları qazana bildik.
– Qazaxıstan komandası haqda nə düşünürsünüz?
– “Kayrat” çox intizamlı görünürdü, komandanın öz fəlsəfəsi, oyun üslubu var. Onların da imkanları vardı, nəzarətsiz qaldıqda təhlükəli olurdular.
– İlk hissədə “Kayrat”ın “Qarabağ”ın müdafiə xəttinə problem yaratdığını deyə bilərik?
– Təkcə birinci hissədə yox, oyun boyu problemlər yaratdılar. Ancaq biz onları dayandıra bildik, eyni zamanda öz qol vəziyyətlərimizi də yaratdıq.
– Şənbə günü “Neftçi”ni məğlub etməyiniz, Almatıdakı oyun öncəsi komandanıza arxayınlıq yaradacaq?
– Konfrans Liqasının oyunları tam başqadır, ora fərqli şəkildə köklənirik. Qarşılaşmadan əvvəl baxmırıq ki, qalib gəlmişik, ya uduzmuşuq. Hazırlaşıb, əlimizdən gələni edib, öz işimizi görəcəyik.
– Avrokuboklarda nəyəsə ümid etmək üçün “Kayrat”a evdə qalib gəlmək lazımdır. Siz və komanda yoldaşlarınız qarşıdakı matçda aqressiv oyuna hazırsınızmı?
– Başa düşürük, səfərdə oynayırıq və rəqib də tribunadan dəstək alacaq. Amma bizim oyunlarımızı təhlil etsəniz, görərsiniz ki, ən yaxşı matçlarımızı səfərdə keçiririk. Orada daha çox motivasiya oluruq. Biz aqressiv oyuna və hər şeyə hazırıq. Bu işdə artıq böyük təcrübəmiz var.
– Sizcə, bu görüş komandanız üçün ilk oyundan daha çətin olacaq, ya yox?
– Görüşün necə keçəcəyini dəqiq deyə bilmərəm. İstəyirəm ki, futbol hər iki komanda üçün möhtəşəm olsun – şanslar eynidir, ona görə də matçın nəticəsini zaman göstərəcək.
– Sizcə, bu qrupda birinci yeri “Qarabağ” yoxsa “Bazel” tutacaq? Bu mübarizəyə başqa heç kim qoşulmayacaq?
– Statistikaya baxsaq görərik ki, indiyə qədər hər şey sizin dediyiniz kimidir: 7 xal qazandıqdan sonra “Bazel”dən öndəyik. Ancaq riyazi baxımdan hələ hər kəsin birinci yeri tutmaq şansı var.
– “Qarabağ” Almatıdakı matçda hansı nəticəyə köklənib?
– Təbii ki, matçı qələbə ilə başa vursaq bizi qane edəcək. Bunun üçün çox işi maksimum dərəcədə görmək lazımdır.

İdman

Nəşr edilib: 2021/11/03 14:44

Baxış: 29


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06