Marketinq oyunları sayəsində milyonlar belə qazanılır – FOTOLAR

 

Bu gün bir məhsulun tanınması, alınması sadəcə onun keyfiyyətindən deyil, həm də marketinqin, reklamın gücündən asılıdır.

Hazırda reklam bir məhsulu vəzir də edə bilər, rəzil də. Bir fikir var ki, “hətta Coca-Colanın da reklama ehtiyacı var”, o ki qaldı yeni məhsulların. Reklam da sadəcə televiziya da gördüyümüz 1 dəqiqəlik çarxlar deyil.

Məhsulun adını gördüyümüz hər lövhə reklam xarakteri daşıyır. Məsələn məşhur “Malboro” siqaretləri ilk çıxan vaxtlarda diqqət çəkmək üçün fərqli yola əl atmışdı.

Bir gecə içərisində boş “Malboro” qutuları əzilərək şəhərin küçələrinə səpildi. Səhər işə getmək üçün o yollardan keçən hər kəs bu markanın qutuları ilə qarşılaşdı və “əgər bu qədər çox qutu varsa, deməli hər kəs bu siqaretdən istifadə edir” düşüncəsi ilə dükanlara üz tutdular.

Marlboro ile ilgili görsel sonucu

Bu tendensiya istehlakçı cəmiyyətdə bir məhsula xüsusi marağı, əksəriyyətin istifadə etdiyini almaq istəyi yaradır. Bəzi məhsullar bir anda hər kəsin sevimlisinə çevrilir, az qala 5 nəfərdən 3-ü eyni məhsula, geyimə, aksesuara həvəs göstərir. Minval.info bir anda ulduzu parlayan, hər kəsin istifadə etməyə başladığı o məhsulları təqdim edir:

Son zamanların ən məşhur texnoloji oyuncağı, şübhəsiz, “Segway”-dir. Parklarda, istirahət ərazilərində 7-dən 70-ə hər kəsi bu elektrikli samakatın üzərində görmək mümkündür. Təbii ki, insanların həyatını asanlaşdırmaq məqsədi güdən texnoloji yenilik eyni zamanda uşaqlar və gənclər üçün velosipedi əvəz etməyə başlayıb. Onsuz da oturaq həyat sürən insanlar parklarda bir az gəzinti edirdilərsə, “Segway”-lərdən sonra artıq “gəzintini” belə hərəkətsiz həyata keçirirlər. Görünən budur ki, “Segway” çılğınlığı böyüməkdə davam edir və qiyməti heç də elə ucuz olmasa da, alıcılarının sayı gün-gündən artır.

İlgili resim

Bir çox insanın sevimlisinə çevrilmiş digər bir məhsul isə “Casio” saatlarıdır. Yaponiya istehsalı olan bu saatlar zərbəyə, suya, toza, palçığa, istiyə, soyuğa maksimum dözümlüdür. Təbii ki, orijinal olarsa. Əksəriyyətin sevimlisinə çevrilikdən sonra isə bu saatların saxtaları istehsal edildi və dəb naminə, kimlərdənsə geri qalmamaq üçün 4 manata belə bu saatları almaq mümkün oldu. Yavaş-yavaş “Casio” dəbi sonlansa da, zamanında heç kimdən geri qalmamaq üçün bu saatı qolunda gəzdirənlər, xatirə olaraq saxlayırlar.

Casio ile ilgili görsel sonucu

Bir dövr az qala sol biləyə “Casio” taxıb, sağ biləyinə də “Up” saatları geyinə biləcək insanlar da vardı. İki dəfə barmaqla toxunduqda ekranı işıqlanmaqdan başqa heç bir funksiyası istifadə edilməyən, hətta başqa funksiyası varmı deyə şübhə etdiyimiz saatlar bir ara hər kəsin biləyində idi.

up watch ile ilgili görsel sonucu

Son dövrlərin ən sevim idman ayaqqabı modeli isə “Nike Air Max”-dir. Orijinalı 250 manatdan baha satılan bu ayaqqabıların, 25 manata saxtalarını tapmaq mümkündür. Belə görünür ki, “Air Max”-lərin dəbi hələ uzun müddət davam edəcək və hər kəsin ayağında görənlər “mən də bu dəbdən geri qalmamalıyam”- deyə, düşünüb həm “Nike” şirkətinə, həm də Çin istehsalçılarına xeyli gəlir qazandırırlar.

Nike Air Max ile ilgili görsel sonucu

Şübhəsiz ki, son dövrlərin ən lazımsız ancaq ən çox alınan məhsulu “Spinner”, ya da daha bilinən adı ilə stress çarxıdır. Bir müddət əvvələ qədər hər kəsin əlində gördüyümüz bu çarx artıq bizə əlavə stress də yaradırdı. Bir anda böyük kütlənin sevimlisinə çevrilən çarxlar istehlakçılara yaxşı mənfət verdikdən sonra, nəhayət ki, dəbdən düşdü və yəqin ki, bir çoxlarını “Bunu niyə almışdım ki” sualı ilə baş-başa qoydu.

Dəniz Kərimzadə

Minval.info

Maliyyə, Maraqlı

Nəşr edilib: 2018/03/27 15:01

Baxış: 1284


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06