Martda 8 gün iş olmayacaq
Martda əlamətdar günlərlə əlaqədar qeyri-iş günləri olacaq.
Minval.info-nun xəbərinə görə, bu ayda Beynəlxalq Qadınlar günü və Novruz bayrarmı olduğundan istirahət günləri çox olacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə günü olduğu üçün martın 26-sı da qeyri-iş günüdür.
Ümumilikdə, istirahət günlərinin sayı 8-ə bərabər olur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

