“Martın 3-dən bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandırır”
“Martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandırır”.
Minval.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında paylaşıb. Ekspert iddia edir ki, martın 3-dən etibarən koronavirus epidemiyasına görə məktəblər bağlanacaq.
Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda təhsil müəssisələrinin koronavirus infeksiyası səbəbindən bağlanacağı ilə bağlı məlumata münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bununla bağlı feysbuk hesabında yazıb:
“Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”.


