Masallıda yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu saatlarda Masallının əsas küçələrindən birində qeydə alınıb.
Qəza nəticəsində minik avtomobili aşaraq arxası üstə çevrilib. Xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
