Masazırda işıq olmayacaq? – “Azərenerji”dən AÇIQLAMA
“Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan 110 kV-luq elektrik verilişi xətlərində aparılan təftişlə əlaqədar enerji təminatında yaranacaq fasilə ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Minval.info bildirir ki, bu barədə Trend-ə “Azərenerji” ASC-dən məlumat verilib.
Qeyd edilir ki, praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir bərpa işləri aparılsa belə, bu elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz:
“Kütləvi informasiya vasitələrindən xahiş edirik ki, “Azərenerji” ASC ilə bağlı xəbərləri yaydıqda diqqətli olsunlar və jurnalist peşə etikasına uyğun olaraq dəqiqləşdirmələr apardıqdan sonra ictimailəşdirsinlər”.

