“Maşın” şouda reper Urandan “Qurd”a ağır atmaca…
“Maşın” şou başlar-başlamaz sakit kimi görünən iştirakçıları da təsir edib.
Minval.info xəbər verir ki, qalmaqaldan uzaq olan reper Uran yarışmadan foto paylaşaraq həmkarına söz atıb.
O, “Maşın şouda Azərbaycan repinin yeganə təmsilçisiyəm” sözlərini əlavə etməklə Fərid “Qurd”a ismarış göndərib.
Belə ki, fərqli ifası şou-biznesdə özünün dəstxətti olan Fərid açıqlamaların birində Hüseyn Dəryadan sonra “repin kralı mənəm” deyib.
Uran isə bu paylaşımı ilə bir növ ona reper olmadığını söyləyib.
Qeyd edək ki, dünən “Maşın” şouda müğənni Roza Zərgərlinin qruplaşmasında Uranın və “Qurd”un da yer aldığı bildirilir. Lakin sənətçi səsvermədən sonra Fəridi də hədəfə aldığını söyləyib. Belə gedərsə, Uranın rəqibi və reper saymadığı “Qurd” ondan tez yarışmanı tərk edəcək.
Xatırladaq ki, dünən şounu yarıda qoymaq məcburiyyətində qalan teleaparıcı Günel Hümbətova Uranın çıxışından sonra ona qorxduğu üçün Roza Zərgərliyə dəstək olduğunu bildirib.
Minval.info

