“Maşın” şouda mübarizə aparacaq isimlər – Tam siyahı (Foto)
Günlərdir səbrsizliklə gözlənilən “Maşın” şousu dünən tamaşaçıların intizarına son qoyub.
Minval.info xəbər verir ki, ATV telekanalında yayımlanan verilişdə iştirak edən 18 nəfərin yarısı xanımlar və yarısı kişilərdən ibarətdir. Belə ki, şounun bu dəfəki devizi “Xanımlar və cənablar 2” olub. İştirakçıların isə adı artıq bəllidir. Bu dəfə dəvət edilənlərə baxsaq veriliş boyunca qalmaqalların yaşanması şübhəsizdir.
Belə ki, Cavidan Novruz (aktyor), Mətanət Əliverdiyeva (aparıcı), Ələkbər Yasamallı (meyxanaçı), Günel Hümbətova (aparıcı), Firuzə Cəlilova (aparıcı), Azər Axşam (aparıcı), Aytən Səfərova (aparıcı), Məcid Hüseynov (aktyor), Hüseyn Əzizoğlu (vayner), İlhamə Bədəlova (aparıcı), Uran (reper), Rahidə Baxışova (müğənni), Əli Mirəliyev (müğənni), Rühəngiz Allahverdiyeva (müğənni), “Qurd” ləqəbli Fərid İmanov (reper), Pərvin Abıyeva (aktrisa), Abbas Bağırov (müğənni), Roza Zərgərli (müğənni) maşın uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Minval.info bu adlardan əksəriyyətinin oyunda iştirak edəcəyi barədə məlumat vermişdi.
Minval.info


