“Maşın” şouda yadda qalanlar – “Mənliyini satmısan, mənim üçün rəqs elə, kişisən sən?” – VİDEOLAR

Son günlərə qədər hər kəsin gündəmi “Maşın” şou idi.

Bəziləri heç baxmadığını iddia etsə də, bir çoxları bu yarışmanı səviyyəsiz adlandırsa da, yenə də hamı şouda baş verənlərdən danışdı.

Bu ilki “Maşın şou Xanıımlar və Cənablar 2”-in yarışmanı qalmaqalla tərk etmiş, aparıcı Mətanət Əliverdiyeva bu dəfəki şounun ən yadda qalan olacağını iddia etmişdi.  Elə onun dediyi kimi şouda yer yerindən oynayıb, hər gün maşın ətrafında ayrı dava, qalmaqal, atmaca, göz yaşı və hətta “kişilik” müzakirəsi gedib. “Maşın şou” hər zaman belə qalmaqallarla yadda qalıb.

2006-cı ildən bəri yayımlayan ən reytinqli verilişdə gladiator dövrü Romasında olduğu kimi xalqın bir barmağını aşağı etməsi ilə hansısa yarışmacı “vurulur” və ya xalqın sağ qalmasını istədiyi iştirakçı kimisə “öldürür”. Xalqı inandırmaq üçün isə, hər kəs öz gücünü göstərməlidir. Bütün iştirakçıların əli maşının üzərində olduğu üçün, gücü göstərə bilərək başqa alternativ seçilir: strategiya, qruplaşma, söz davası.

Şounun ən yaddaqalan davalarından biri 2006-cı ildə efirə gedən “Maşın Şou: Payız əfsanəsi”ndə müğənnilər Röya və Ayazın mübahisəsi idi. Bu zamana qədər verilişdə, əsasən, çal-çağır olurdu, ancaq Röya bir-birini hətta təhqir edəcək səviyyədə sözlü mübahisənin əsasını qoydu. “Sən kimsən?”- deyərək, Ayazın üstünə gedən Röya, ona maşının üzərindəki oyuncaq ayını da vurub. Ayaz da öz növbəsində cavab verməkdən yayınmayıb.

2009-cu ildə “Qızıl həyəcan” buraxılışında hələ gənc olan bir çox müğənnilərdən birinin sözü digərinin boğazından keçmədiyi vaxtlar idi. Ən qızğın söz davası isə Teymur Əmrah və Ramal arasında baş verib. Maşın ətrafında dayanmaqdan əsəbləri tarıma çəkilmiş Teymur Əmrahın Ramala “Knopka” deməsindən sonra tərəflər arasında ciddi mübahisə yaranmışdı. Daha sonra isə tərəflər bir-birlərindən üzr istəyərək könüllərini almışdılar.

Həmin zamanlarda Ramal ilə sözü çəp gələn digər bir iştirakçı isə Səidə Sultan olub. Lakin onlar arasında mübahisə səsləri çox yüksəlmədən, ancaq Səidənin Ramala “Dəmir parçasına görə mənliyini itirmisən” deməsi ilə gərgin formada davam edib.

2010-cu ildə  yayımlanan “Maşın realiti şousu: transformer” da qalmaqallarla yadda qalmışdı. Hüseyn Dəryanın rəqqasə Oksana Rəsulovaya mən səs toplasam səni çıxarmaram, ancaq sən bunun qarşılığında mənə nə edərsən, rəqs edərsən? Sualı verməsi, bir çoxları tərəfindən bir mənalı qarşılanmamışdı və bu sözlərin rəqqasəni alçaltmaq məqsədilə deyildiyi düşünülürdü.

2010-cu ilin son günlərində baş tutan “Revanş” buraxılışında isə “Pişik” Günel və aktyor Müşviq Şahverdiyev arasında da “xanımlıq-kişilik” davası getmişdi. Ümumiyyətlə, “Maşın şou”-da son zamanlar hər iki cinsin nümayəndələri “xanımlıq-kişilik” söhbətləri ilə mübahisə aparırlar. Elə son iki şounun “Xanımlar və Cənablar” adlanması da boşuna deyil.

Birinci “Xanımlar və Cənablar” şousunda isə studiodakı səs-küy mətbuatdakı səs-küyə qarışmışdı.  Aqil M. Quliyev, Tarix Əliyev, Oksana Rəsulova, Kənan MM yəni, iştirakçıların böyük əksəriyyəti hər axşam başqa bir mövzu ətrafında mübahisə edirdilər. Həmin buraxılışların ən yadda qalan davası isə Pərvin ƏbiyevaSəidə Sultanın bir-birini təhqir edərək dalaşması idi.

Hazırda davam edən “Xanımlar və Cənablar 2” isə şounu deyil, döyüş meydanını xatırladır. Sənətçilərin bir-birlərinin şanına dedikləri təhqirlər, kişilik iddiaları, səsləndirilən iddialar hər keçən gün əvvəlkindən daha da kəskinləşir.

2006-cı ildə sənətçilər arasındakı mübahisədən sonra Murad Dadaşov “hazırda hər kəs şokdadır, şokda olmayanlar isə nə bilim”- deyərək, cümlənin sonunu gətirə bilməmişdi. Hazırda isə həmin cümləni ““gələcəkdən gələn adamlar”, yəni indi 10 il öncəki mübahisələri izləyən insanlar şoka düşmür”- deyib, tamamlamaq olar. Çünki bu gün baş verənlər artıq əndazəni aşıb və 10 il əvvəlki kiçik mübahisələrə şükür etdirir.

Damla

Minval.info

Maqazin

Nəşr edilib: 2018/06/21 16:44

Baxış: 2178


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06