“Masterchef”də pul davası

“TV8” telekanalında yayımlanan “Masterchef” münsiflərindən Somer Sivrioğlu və Mehmet Yalçınkayanın proqramdan ayrılacağı iddia edilib.
MİNVAL.İNFO türk mediasına istinadən xəbər verir ki, tərəflər arasında qazanc üzərində qalmaqal yaşandığı bildirilib. Mehmetin maaşını türk lirəsi olaraq aldığı halda Somerə xarici valyuta kimi verilməsi aşpazın narazılığına səbəb olub.
Bundan başqa, son vaxtlar Somerin hərəkətləri prodüser tərəfindən birmənalı qarşılanmır.
Baş verən hadisələrin fonunda Mehmetin artıq kanaldan ayrıldığı, Somerin isə mövsüm bitmədən proqramla vidalaşacağı qeyd olunub.
NƏRMİNƏ AYDINQIZI
XƏBƏR LENTİ
2025/11/19 14:22

