Mehman Əhmədli qəzəbləndi: “Söysən də, təhqir etsən də, ona xoşdur” – Video
“El bizim, sirr bizim” verilişində “oğlanları necə tərbiyə edək?” mövzusunda gənc yazar Mahmud Ağakişiyev (İkinci Mahmud) çıxışı zamanı ölkədə “qaqaş” obrazının olduğunu və bunun cəmiyyətmizə mənfi təsir etdiyini qeyd edib.
O, sözügedən məsələ barədə münasibət bildirərkən qalmaqallı ifadələr səsləndirib:
“Bizdə “qaqaş” obrazı var. Onlar əsasən Biləcəri ərazisində yaşayırlar. Meyxanaya qulaq asırlar, ən sevimli müğənniləri Damladır. Damar kəsməklə məşğuldurlar, təsbeh oynadırlar və “Kent 8″ siqareti çəkirlər. Bu modeli sındırmaq lazımdır”.
Bununla əlaqədar minval.info meyxanaçı Mehman Əhmədlinin fikirlərini öyrənib. O, İkinci Mahmudu belə münasibət sərgilədiyinə görə sərt şəkildə tənqid edib:
“Ona yazar deyənin ağlı yoxdur. Belə adamları efirə buraxırlar sonra ortaya problem çıxır. “Qaqaş” bizim dilimizdə ən yaxşı səslənən sözdür. İnsanların bir-birinə müraciət formasıdır. Hətta rayonlar var ki, orada da bu cür xitab edirlər. Məhz “qardaş” deməlidir?! “Qaqaş” deyəndə, daha şirin çıxır. Yadlar da bir-birinə “qardaş” söyləyə bilər. “Qaqaş” daha yaxın adama deyilir, bununla xoş münasibət göstərilir. Təkcə, avaralar bir-birinə belə demir ki…”
Mehman Əhmədli bildirib ki, dövlət rəhbərindən tutmuş məmurlara qədər meyxananı bütün Azərbaycan xalqı dinləyir: “Bu, bizim xalqımıza məxsus olan bir şeydir. O necə yazar, söz sənəti ilə məşğul olan şəxsdir ki, meyxananı belə qiymətləndirir?! Ayıb olsun. Bu nə deməkdir, meyxanaya və Damlaya qulaq asırlar? Əgər o “qaqaş” deyənlər avaradırsa, həm meyxanaya, həm Damlaya niyə qulaq asır? Elə avaraları dinləyərdilər də… Onun dünya görüşü dar çərçivədədir. Belə insanları reklam etməyə ehtiyac yoxdur. Onlar efirə özlərini reklam etməyə çıxırlar. Bu cür çıxışlardan sonra belə insanlar haqda danışmağa başlayırlar. Hətta onu söysən də, təhqir etsən də, həmin şəxsə xoşdur. Çünki həmin şəxs müzakirə olunur və onun reklamı gedir. Mən tam əminliklə deyirəm, bu düşüncədə olan insan yazar deyil”.

