Mehman Hüseynov Ali Məhkəməni uduzdu
Ali Məhkəmədə bloqger Mehman Hüseynovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Minval.info-nun APA-ya istinadən xəbərinə görə, prosesdə M.Hüseynovun öz istəyi ilə məhkəməyə gəlmədiyi elan olunub.
İclasda qərar elan olunub. Qərara əsasən, M.Hüseynovun kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, M. Hüseynov Nəsimi RPİ-nin rəisi Musa Musayevun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

