Mehman Hüseynov azadlığa çıxa bilər
Mehman Hüseynov avqustun 24-də azadlığa çıxa bilər
Həbsdəki bloqqer Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsi ilə bağlı məhkəmənin vaxtı məlum olub.
Minval.İnfo xəbər verir ki, bloqqerin ərizəsinə avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov baxacaq. Hakimin M.Hüseynovun vaxtından əvvəl buraxılma ilə bağlı ərizəsinə elə onun saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində baxacağı bildirilir.
M.Hüseynovun vəkili bildirib ki, bloqqer CM-nin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət edib.
Qeyd edək ki, M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından da çoxunu çəkib.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

