Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi
Həbsdəki bloqqer Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsi ilə bağlı məhkəmə iclası keçirilib.
Minval.İnfo xəbər verir ki, bloqqerin ərizəsinə 14 saylı Cəza Çəkmə Müəssisəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov baxıb. M.Hüseynovun vəkili Şəhla Hümbətova jurnalistlərə açıqlamasında bildirib ki, M.Hüseynovun müraciəti qəbul edilməyib:
“Cəza çəkmə müəssisəsinin rəhbərliyi məhkəməyə mülahizəsində Mehman Hüseynovun islah olunmadığını dedi. Onların sözlərinə görə, Mehman cəzaçəkmə müəssisəsindəki tədbirlərdə, iməciliklərdə iştirak etməyib, müəssisə əməkdaşlarına qarşı səmimi olmayıb”.
Qeyd edək ki, M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından da çoxunu çəkib.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


