Mehman Hüseynovu ölkədən buraxmayıblar

Ötən ay azadlığa çıxan bloqer Mehman Hüseynovun aprelin 9-da ölkədən çıxışına icazə verilmədiyi bildirilir.

Azadlıq Radiosunun yazdığına görə, bu barədə M.Hüseynovun mühacirətdə olan qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib. Onun deməsinə görə, M.Hüseynov Avropada bir sıra beynəlxalq tədbirlərdə iştirak etmək niyyətində olub.

Qardaşının vurğulamasına görə, Berlinə uçmaq istəyən M.Hüseynova sərhəd yoxlamasında bildiriblər ki, Azərbaycanın Baş Prokurorluğu onun ölkədən çıxışına qadağa qoyub. E.Hüseynov qeyd edib ki, bununla bağlı M.Hüseynova hər hansı səbəb göstərilməyib.

Qardaşının sözlərinə görə, bloqerin ölkədən çıxışına imkan verməməkdən ötrü hər hansı hüquqi əsas yoxdur. «İkiillik həbs cəzasını sonuna kimi çəkib, azadlığa çıxdıqdan sonra xarici pasport alıb», – o vurğulayıb.

Qardaşının deməsinə görə, M.Hüseynov elə bu gün, aprelin 9-da Berlindən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi məsələlər və insan haqları ilə bağlı konfranslarında iştirak etməkdən ötrü Strasburqa getməli idi. «Çərşənbə günü, yəni, aprelin 10-da M.Hüseynov RATİ-nin də üzv olduğu Jurnalist Təşkilatlarının Beynəlxalq Şəbəkəsi təşkilatının illik konfransında iştirak etməyi planlaşdırırdı», – E.Hüseynov deyib.

Ölkə

Nəşr edilib: 2019/04/09 12:25

Baxış: 459


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06