Meksikada xəstəxananı su basıb – 16 nəfər ölüb

Meksikanın İdalqo ştatında xəstəxananı su basıb.
Minval.info-nun məlumatına görə, bu barədə ölkə hökumətinin rəsmi “Twitter” səhifəsində deyilir.
Məlumata əsasən, hadisə xəstəxanada 16 nəfərin ölümünə səbəb olub: “Dünən İdalqoda yağan yağışlar Tula çayının daşmasına səbəb olub. Çayın daşması nəticəsində sosial sığorta xidmətinin xəstəxanasını su basıb və 16 nəfər xəstəxanada həlak olub”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

