Mer “Xutor”da söküntü işlərinin aparılıb-aparılmayacağından danışdı
Eldar Əzizov: “Bakıda kütləvi söküntü işlərinin aparılması nəzərdə tutulmur”
“Bu gün Bakıda kütləvi söküntü işlərinin aparılması nəzərdə tutulmur”.
ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xutor adlanan ərazidə söküntü işlərinin aparılıb-aparılmayacağına münasibət bildirən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
E.Əzizov deyib ki, Bakıda bu sahədə böyük işlər görülüb, müəyyən problemlər də mövcuddur: “Bu kimi məsələlərə ardıcıllıqla baxılır və bu barədə də KİV-lərə məlumat təqdim olunacaq”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

