Merkel titrəməsindən danışdı – “Keçib gedəcək”
Son zamanlar titrəmələri ilə gündəm olan Almaniya kansleri Angela Merkel açıqlama verib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Merkel səhhətinin normal olduğunu deyib:
“Əminəm ki, bu reaksiyalar yarandığı kimi də keçib gedəcək. Xüsusi nəsə deyə bilmirəm, ancaq hər şey yaxşıdır”.
Xatırladaq ki, Angela Merkelin iyunun 18-də Ukrayna prezidenti Vladimir Zelenski, daha sonra isə Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşlərində titrəmələri tutmuşdu.
XƏBƏR LENTİ
2025/11/19 14:22

