Merkelin Bakıda paylaşdığı video qalmaqal yaratdı- VİDEO
Almaniya kansleri Angela Merkel Azərbaycana səfəri zamanı xətaya yol verib.
Minval.İnfo xəbər verir ki, Merkel Bakıda olduğu gün “İnstagram” hesabında “Günaydın, Azərbaycan. Qafqaz ziyarətimin 3-cü günü” başlığı ilə video paylaşıb. Lakin videoçarxda təsvir olunan görüntülər Bakıya yox, İrəvana aid olub. O, videonu seçən zaman xətaya yol verib. Sözügedən səhv qısa müddətdə düzəldilib.
Səfərdən 3 gün keçməsinə baxmayaraq, hadisə xarici medianın diqqətində qalıb. Xəbəri dərc edən nəşrlər Azərbaycanın bir parçası olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsini də qeyd ediblər.
Qeyd edək ki, Merkel Cənubi Qafqaza səfəri çərçivəsində Gürcüstana, Ermənistana, ən sonda isə Azərbaycana gəlib.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


