Messi DÇ-2022-də oynamayacaq?
“Kayeramı başa vurmazdan əvvəl Argentina millisi ilə uğur qazanmaq istəyirəm. Dəyərləndirə bilmədiyim fürsətlərlə yığmadan ayrılmaq istəmirəm”.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi Amerika kuboku öncəsi deyib.
O, Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyini bilmədiyini də söyləyib: “Qətərdə dünya çempionatının kubokunu qazanıb-qazanmayacağımı bilmirəm. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Hazırda 32 yaşım var və gələcəkdə hər şey ola bilər. Ümid edirəm ki, ciddi zədələrim olmayacaq”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

