Messi yenə ən yaxşı seçildi
Çempionlar Liqasında qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Goal.az-ın məlumatına görə, azarkeşlər bu ada Barcelona-nın kapitanı Lionel Messini layiq görüb.
UEFA-nın apardığı səsvermənin yekununa görə, argentinalı superulduz ən yaxşı seçilib.
Qeyd edək ki, Messi bununla 3-cü dəfə turun oyunçusu seçilir. O, qrup mərhələsinin I və II turunda da ən yaxşı olmuşdu. III və IV turu isə “Barsa”lı zədə ucbatından buraxmışdı.
XƏBƏR LENTİ
2025/11/19 14:22

