Messidən daha bir rekord
Lionel Messinin yayda 32 yaşı tamam olacaq. Amma argentinalı futbolçu karyerasının sabitliyini hələ də qoruyur.
Bizimyol.info xəbər verir ki, Messinin yeni rekordu qeydə alınıb. “Barselona”nın ulduzu İspaniya çempionatlarında 335-ci qələbəsini qazanıb və bununla da La Liqa tarixində ən çox qələbə qazanmış oyunçu olub. İndiyə qədər rekord “Real”ın şərəfini qorumuş İker Kasilyasa məxsus idi.
“Barselona” dünən “Atletiko”nu 2:0 hesabı ilə məğlub edib. Hər iki qolu Messi vurub. Messi bununla “Barselona”nın heyətində vurduğu qolların sayını 595-ə çatdırıb. Lionel sevimli klubunda 677 oyun keçirib. Dünya əfsanəsi 230 qolun vurulmasında da köməkçi olub.
Messi İspaniya çempionatının bu mövsümündə 33 dəfə xüsusi fərqlənib. Argentinalı bombardirlərin yarışında liderdir. Messi martda İspaniya çempionatının ən yaxşı futbolçusu seçilmişdi.

