“Messini necə dayandıracaqsız?” sualına Klopdan cavab
“Bu mövsüm daha yaxşı oynayırıq. Biz həmişə bilirdik ki, burada qasırğa bizi gözləyir. Elə də oldu. “Portu”nun ikinci hissədə gücü tükəndi və biz oyuna nəzarəti əla alıb, qol vura bildik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında “Portu”ya 4:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.
“Biz artıq daha təcrübəli komandayıq. Ötən mövsüm “Mançester Siti” və “Roma” ilə matçlarda işimizi çətinləşdirmişdik. Bu dəfə isə hər şey yolundadır”- deyə o bildirib.
Alman mütəxəssis yarımfinalda qarşılaşacaqları “Barselona” haqda da danışıb: “Yoxlama oyunlarını nəzərə almasaq, “Barselona” ilə ilk dəfə qarşılaşacam. Bu görüşü səbirsizliklə gözləyirəm”.
Klopp “Messini necə dayandıracaqsınız? sualına isə belə cavab verib: “Bu barədə hazırda düşünməyə məcbur deyiləm. İndiyə kimi kimsə onu dayandıra bilməyib. Bunun üçün çalışacağıq”.

