Messiyə nə olub? – CAVAB

Argentinanın Xorvatiya ilə oyunu fiasko ilə yekunlaşdı.

Baxmayaraq ki, Argentina millisində oyundan öncə tək məqsəd mütləq qalibiyyət idi, onlar meydançadan biyabırçı hesabla ayrılmalı oldular. Millinin hər qələbəsinin memarı kimi göstərilən Leo Messi bu səfər məğlubiyyətin əsas səbəbkarlarından biri olaraq qınaqlara tuş gəldi.

Əlbəttə günahı təkcə Messidə görə bilmərik, oyunda kobud səhvi ilə Argentinanı hesabda geri salan Cavaleronun və oyuna çox az təsiri olan baş məşqçi Sampolinin adlarını çəkməsək olmaz. Ancaq yenə də kim uğur qazanılanda həmişə ən öndə adı hallanırsa, uğursuzluqlarda da məsuliyyəti öz üzərinə götürməlidir.

Əslində mundial öncəsi Messi üçün hər şey istənilən kimi gedirdi. Ekvador millisi ilə mundiala qatılmaq uğrunda oyunda hettrik ilə yadda qalan Messi komandasını qalib edir və dünya çempionatına vəsiqə qazandırır.

Ronaldonun kölgəsində qaldı

Mundialın birinci turunda İslandiya ilə qarşılaşan Argentina millisindən gözləntilər olduqca böyük idi. Eləcə də matçın Messi üçün də əhəmiyyəti böyük idi. Bu mübarizə tək Argentinanın mübarizəsi deyil, Messinin Ronaldo ilə mübarizəsi idi.

Ondan bir gün öncə oyuna çıxmış Ronaldo 3 qol ataraq komandasına bir xal qazandırmış və bütün medianın gündəmini zəbt etmişdi. Messidən də eynisi gözlənilirdi. Ancaq Messi İslandiya ilə oyunda yoxlara oynadı. Favorit olaraq göstərilən Argentina millisi 1 xal ilə meydançadan ayrılmalı oldu.

Messi o oyunda 11 zərbə endirdi, xəsis oynadı. Argentinanın oyunundan bir gün öncə Portuqaliya millisinin oyunu oldu və avropalılar Ronaldonun qolu ilə Mərakeşi məğlub etdi. Ronaldo yenə də manşetlərdə idi. Sıra indi Messidəydi. Messili Argentina isə Xorvatiyaya böyük hesabla məğlub olaraq qrupdan çıxmaq şanslaırını xeylaq azaltdı.

Təzyiqlər Messiyə qalib gəldi

Bu iki oyundan bir nəticə çıxara bilərik. Messi millidəki təzyqilərə dözə bilmədi. Hələ millidə kubok qazana bilməyən Messi belə görünür ki, bu il də kuboksuz qalacaq. Birinci oyunda tək oynayan Messi, ikinci oyunda isə varlığı bilinmirdi.

Tamerlan

Minval.info

İdman

Nəşr edilib: 2018/06/25 13:38

Baxış: 480


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06