Metro sərnişinlərinə şad xəbər: Bu gün gecə yarıyadək işləyəcək
Bayramla əlaqədar bu gün “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışır.
Minval.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunub.
Həmçinin, zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulub. Bundan savayı, paytaxtda keçirilən kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, bu gecə saat 2-yə qədər metroya giriş açıq olacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

