“Metropark”ın sahiblərindən biri koronavirusdan vəfat etdi
Rusiyadakı məşhur “Akhmed Fruit Company” şirkətinin təsisçilərindən biri, Bakıda fəaliyyət göstərən “Metropark” ticarət evinin şəriki, tanınmış naxçıvanlı iş adamı Yavər Əsgərov bu gün Sankt-Peterburq şəhərində koronavirus pandemiyasından dünyasını dəyişib.
Bu barədə Axar.az-a Y.Əsgərovun yaxınları məlumatlandırıb.
Bildirilir ki, ümumiyyətlə “Akhmed Fruit Company”nin işçiləri arasında da koronavirus yayılıb və müalicə alanların bəzilərinin vəziyyəti ağırdır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

